Konspekt 4cu r-WPS Office

  • Uploaded by: Inci Aliyeva
  • Size: 166.3 KB
  • Type: PDF
  • Words: 1,746
  • Pages: 8
Report this file Bookmark

* The preview only shows a few pages of manuals at random. You can get the complete content by filling out the form below.

The preview is currently being created... Please pause for a moment!

Description

Konspekt. 4cu rüb. ümumi tarix Erkən feodalizm dövründə Avropada  Şəhərlər, əsasən, feodalların torpağında salınırdı. Feodal buna görə şəhər əhalisindən vergi toplayırdı. Bu feodallara senyor deyirdilər.  IX əsrdə İtaliyada və Fransanın cənubunda şəhərlər yenidən dirçəldi.   XIII əsrdə Avropada ən məşhur yarmarka Fransanın Şampan şəhərindəki yarmarka idi.  X-XI əsrlərdə İtaliya şəhərləri senyorlara qarşı mübarizə aparırdılar. Milan, Piza, Bolonya kimi şəhərlər güclənmişdi.  Klassik feodalizm dövründə İtaliyanın ən varlı və böyük şəhəri Florensiya idi. Bu şəhərdə artıq XIV əsrin 30-cu illərində çoxlu sayda iri mahud emalatxanaları var idi. Florensiyanın bir neçə varlı ailəsi arasında uzunsürən mübarizədən sonra Mediçi ailəsi qalib gələrək, hakimiyyəti ələ keçirdi.  XII—XV əsrlərdə Venesiya respublikası Egey dənizi hövzəsində və Konstantinopolda geniş ticarət məntəqələri ələ keçirmişdi. Venesiyanı «dənizlər kraliçası» adlandırırdılar.  Venesiyada hələ XII əsrdən veksel* və çek sistemi* tətbiq olunurdu. 1156-cı ildən burada dövlət bankı fəaliyyət göstərirdi. Bu, Avropada ilk bank idi.  Klassik feodalizmə keçid dövründə müsəlman İspaniyası Avropanın çiçəklənən hissəsi idi Xaç yürüşləri.Qranada emirliyinin suqutu Roma imperiyası parçalandıqdan sonra Qərbi Avropada kilsənin başçısı Roma Papası, Şərq kilsəsinin başçısı isə Konstantinopol patriarxı*  idi. Kilsəyə başçılıq etmək və onun gəlirini bölüşdürmək üstündə papa ilə patriarx arasında mübarizə gedirdi.1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə ayrıldı. Qərb kilsəsi katolik kilsəsi (yəni ümumdünya kilsəsi), şərq kilsəsi isə pravoslav kilsəsi (yəni «həqiqi din» kilsəsi) adlanmağa başladı.

III İnnokenti zamanı ən qüdrətli dövrünü yaşayan katolik kilsəsi:  Kilsədə günahların bağışlanması haqqında kilsə fərmanları — indulgensiyalar — «cənnət qəbzləri» satılırdı.   İngiltərə, Polşa, İsveç və Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər.   Bidətçilərə qarşı mübarizə aparmaq üçün kilsə məhkəməsi — inkvizisiya yaradılmışdı.Bidətçi- dinindən dönən, dönük. Roma papası 1095-ci ildə İsanın qəbrini kafirlərin (onlar müsəlmanları belə adlandırırdılar) əlindən xilas etməyə çağırdı. Şərqə yürüşlərin iştirakçılarını xaçlılar (səlibçilər), yürüşləri isə Xaç (Səlib) yürüşləri adlandırmağa başladılar. XI—XIII əsrlərdə səlibçilər Şərqə səkkiz dəfə yürüş etdilər.  İlk Xaç yürüşünə 1096-cı ilin yazında Fransadan olan bir keşişin rəhbərliyi ilə sadə kəndlilər başladılar. Onlar səlcuqlar tərəfindən darmadağın edildilər. 1096-cı ilin payızında artıq sadə kəndlilər deyil, Almaniya, Fransa və İtaliya cəngavərlərinin birləşmiş qüvvələri Şərqə doğru hərəkət etdi. Onlar Aralıq dənizinin şərq sahilləri boyunca torpaqlarda, o cümlədən Suriya və Fələstində öz dövlətlərini yaratdılar. Bu dövlətlərdən biri də Qüds krallığı idi.  İkinci Səlib yürüşü uğursuz oldu.  Misir hökmdarı Səlahəddin Əyyubi səlibçiləri məğlub edib Qüdsdən qovdu. «Müqəddəs şəhəri» geri qaytarmaq məqsədilə təşkil edilən üçüncü Səlib yürüşü də uğursuzluqla nəticələndi.  Dördüncü dəfə səlibçilər Bizansa yürüş etdilər. Səlib yürüşünə papa III İnnokenti özü rəhbərlik edirdi. Venesiyalılar Bizansa zərbə vurmaq üçün səlibçilərə kömək etdilər. 1204-cü ildə səlibçilər Konstantinopolu ələ keçirdilər. Müqəddəs Sofya kilsəsi qarət edildi. Səlibçilərin qarətçilik və işğalçılıq məqsədləri bu yürüşdə özünü daha qabarıq göstərdi. Onlar 1261-ci ildə Konstantinopoldan qovuldular.

 XIII əsrin sonlarında sonuncu — səkkizinci Xaç yürüşü oldu. Lakin Qərb feodalları işğal etdikləri torpaqlardan tamamilə çıxarıldılar. Xaç yürüşlərinin nəticələri:  Aralıq dənizində ticarət daha da canlandı, ticarətdə birincilik Şimali İtaliya şəhərlərinə keçdi  Avropalilar yel dəyirmanları dan istifadəni, ipek parçalar toxumağı, güzgü istehsalını öyrəndilər  Şərqdə böyük dağıntılara, mədəniyyətin tənəzzülün səbəb oldu. Ərəb Ispaniyasi-Əndəlüsde elmi biliklər, müsəlman memarlığı inkişaf edir. Sevilyadaki Əlkəsar saray-qalasi(XII əsr), Qranadadaki Əlhəmra sarayı(XIII-XIV əsrlər) belələrindəndir.  1479-cu ildə Kastiliya və Araqon krallıqları vahid İspaniya dövlətində birləşdirildi. Navarra krallığı İspaniya ilə Fransa arasında bölüşdürüldü. 1492-ci ildə İspaniya ordusu Qranadanı işğal etdi. Qranadanın süqutu ilə Portuqaliyadan başqa, bütün Pireney yarımadası İspaniyanın əlinə keçdi. Yüzillik müharibə Fransada ruhanilər, zadəganlar və şəhər varlılarının nümayəndələrinin daxil olduğu Baş Ştatlar mövcud idi. IV Gözəl Filippin hakimiyyəti dövründə kilsə torpaqlarına vergi qoyulduğu üçün kralla Roma Papası arasında münaqişə baş verdi.Kral Papaya qarşı silklərdən*  kömək almaq məqsədilə 1302-ci ildə Baş Ştatları çağırdı. O, qalib gəldi, Papanın Fransada nüfuzu sarsıldı.  «Yüzillik müharibə» (1337—1453). Müharibəyə səbəb:

— ingilis kralının Fransada itirdikləri mülki əri geri qaytarmaq istəyi; — Flandriyanı və onun zəngin sərvətlərini ələ keçirmək uğrunda rəqabət; — İngiltərə kralının Fransa taxtına olan iddiaları idi.  Normandiyanı ələ keçirən İngiltərə Kresi(1346) və Puatye(1356) döyüşlərində də fransızları məğlub etdilər.  1428-ci ildə Orlean şəhəri mühasirəyə alındı.  Xalq Janna Darkın başçılığı ilə partizan hərəkatına başladı.Və:  Müharibənin gedişində dönüş yarandı  Üstünlük fransızlara keçdi.  1453-cü ildə Fransa və İngiltərə arasında sülh bağlandı və Yüzillik müharibə başa çatdı. Fransa torpaqlarından yalnız Kale limanı ingilislərin əlində qaldı. Fransa yadelli işğalından xilas oldu. 1358-ci ildə Fransanın şimal-şərqində Jaklar üsyanı baş verdi .Üsyanın səbəbləri:  Müharibənin ağır fəsadları;  Vergi və feodal zülmü  Üsyan məğlub olsa da, nəticəsiz qalmadı: qorxuya düşən feodallar vergi və mükəlləfiyyətləri artırmağa cürət etmədilər. XIII əsrdə Normandiya və Tuluza, XI Lüdoviq dövründə (1461-1483) Burqundiya, Marsel və Bretan vilayətləri birləşdirildi. Beləliklə, XV əsrin sonlarında Fransa mərkəzləşdirilmiş dövlətə çevrildi.XVI əsrdə Avropada əhalinin sayına və ərazisinə görə Fransa ən böyük dövlət idi. Dumanlı Albion (İngiltərə) IX əsrin əvvəllərində Britaniya adalarında xırda krallıqlar bir sülalənin hakimiyyəti altında birləşən İngiltərə adlı krallığı yaratdılar. 1066-cı ildə Fransanın Normandiya vilayətinin hersoqu Vilhelm Britaniya adalarına ordu çıxartdı.:  1066-ci ilde Hastinqs adlı yerdə şiddətli döyüş baş verdi.  Vilhelm İngiltərə Krallığında yeni sülalənin əsasını qoydu və Fateh Vilhelm adı ilə kral oldu.

 O, İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsasını qoydu.  Yeni vergi sistemi yaradıldı. Ən ağır vergi töycü və ruhanilər üçün ödənilən onda bir vergisi sayılırdı.  Kral II Henrix (1154—1189) bir sıra islahatlar keçirdi. Hərbi yürüşlərdə iştirak etməyən feodallar krala xüsusi haqq ödəməli idilər. Buna «qalxan pulu» deyilirdi. Kral bu vəsait hesabına daimi və nizami ordu qurdu.  1265-ci ildə İngiltərədə ilk dəfə parlament, yəni qanunverici orqan yaradıldı.:  XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr (icmalar) palatalarına bölündü.  1381-ci ildə İngiltərədə kənd sənətkarı Uot Taylerin başçılığı ilə kəndli üsyanı baş verdi.Üsyançıların əsas tələbləri:  vergilərin azaldılması və bəzi mükəlləfiyyətlərin ləğv edilməsi idi.  Danışıqlar zamanı üsyanın başçısı Uot Tayler xaincəsinə öldürüldü, üsyan yatırıldı. Yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.  1455-1485-ci ildə İngiltərədə hakimiyyət uğrunda Iki feodal nəsli uğrunda 30 il davam edən müharibə baş verdi. «Alqızılgül» və «Ağqızılgül» müharibəsi kimi tanınan bu döyüşlərin nəticəsi olaraq VII Hnerix taxta çıxdı və İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti başladı. Bu sülalənin sonuncu nümayəndəsi I Yelizaveta 45 il hakimiyyətdə oldu. Onun hakimiyyətini İngiltərə tarixinin «qızıl dövrü» adlandırırlar.  XVI əsrdə İngiltərədə yun istehsalı artırdı:   Manufakturalara daha çox yun tələb olunduğu üçün  lordlar kəndlilərin torpaqlarını əllərindən alırdılar. Alınmış torpaqlar çəpərlənir və burada qoyun sürüləri saxlanırdı. O vaxt bu hadisə haqqında deyirdilər: «qoyunlar adamları yeyirlər». Bütün XVI əsr boyu İngiltərə kəndində aparılan bu siyasət tarixə «çəpərləmələr» kimi daxil oldu.  Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya krallığı idi.

 1588-ci ildə La-Manş boğazında çevik və sürətli ingilis gəmiləri «Məğlubedilməz armada»ya qəfil hücum etdi. İspan donanması döyüşdə məğlub oldu. Dənizlərdə hökmranlıq İngiltərənin əlinə keçdi. İngiltərə güclü dəniz dövlətinə çevrildi. Kilsənin yolları necə ayrıldı XVI əsrin əvvəllərində Almaniyada əhalinin bütün təbəqələri katolik kilsəsindən narazı idi.  1517-ci ildə Martin Lüter çıxışları ilə reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcını qoydu.:  Reformasiyanı şəhərlilər, kəndlilər və knyazlar müdafiə edirdilər. Kəndlilər və yoxsul şəhərlilər isə katolik kilsəsinə qarşı çıxmaqla yanaşı, feodal qaydalarına qarşı da mübarizə aparırdılar.  Bu artıq feodal cəmiyyətinə qarşı xalq reformasiyası idi.  Xalq reformasiyası: Xalq reformasiyasının rəhbəri keşiş Tomas Münser feodal qaydalarını silahlı mübarizə ilə məhv etməyə çağırırdı.  1524-cü ilin yayında Almaniyada kəndli üsyanları başladı  Almaniyada reformasiyaya qarşı atılan addımlara knyazlar və bir çox şəhərlər etiraz (protest) etdi. Buna görə də o zamandan etibarən Lüterə tərəfdar olanlara, «protestant» deyilməyə başlandı. Yeni kilsə isə protestant kilsəsi adlandırıldı.  Protestant və katolik knyazlar arasında 1555-ci ildə Auqsburq şəhərində saziş imzalandı. Sazişə görə, protestantların etiqad azadlığı tanındı. Ancaq bu din azadlığı yalnız knyazlara aid idi. Hər bir knyaz kilsə başçısı oldu.  Cenevrede Jan Kalvinin başçılığı ilə kalvin kilsəsi yarandi.

 .Papa katolik kilsəsinin qüdrətini bərpa etmək üçün tədbirlərə başladı. «İsa cəmiyyəti» və ya yezuitlər ordeni* yaratdı.  1572-ci il 23 avqust axşamı, «Müqəddəs Varfolomey gecəsi» Parisdə və başqa yerlərdə katoliklər 30 mindən çox protestantı vəhşicəsinə öldürdülər. Protestantların bu dəhşətli qırğını «Varfolomey gecəsi» adlandırıldı.

Böyük coğrafi kəşflər Səbəbləri  

XIV—XVI əsrlərdə texnikanın inkişafında böyük nailiyyətlər qazanıldı.

  

Filiz istehsalında domnaların tikilməsinə başlanıldı. 

 yuxarıdan fırlanan çarx ixtira olundu. Belə su mühərrikləri vasitəsilə daha çox filiz çıxarılmağa, metal döyməyə, kağız istehsalına şərait yarandı. XVI əsrdə Avropada ağır və yüngül top istehsalı artdı.  Kompasın əldə edilməsi, gəminin olduğu yeri müəyyən edən cihazların ixtirası dənizçilərin işini yüngülləşdirdi. XV əsrdə karavellaların yaradılması uzaq dəniz səyahətləri üçün geniş imkanlar açdı. 

 





X.Kolumb 1492-ci ilin yayında 3 karavellada İspaniyadan Atlantik okeanı vasitəsilə qərbə doğru yola düşdü. 70 gündən sonra Kolumb indiki Kuba və Haiti adalarına çıxdı. İtalyan səyyahı Ameriqo Vespuççi sonralar Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu dəqiqləşdirdi  Portuqaliya dənizçisi Bartolomey Diaş ilk dəfə Afrika qitəsinin cənub qurtaracağını keçib, Hind okeanına çıxdı. O, qitənin cənubundakı burnu Ümid burnu adlandırdı. Sonralar Portuqaliya kralı Vasko da Qamanın başçılığı altında Hindistana dəniz yolu axtaran yeni ekspedisiya göndərdi. 1519-cu ildə Fernando Magellanın başçılığı ilə ispanlar dünya səyahətinə başladılar.  Coğrafi kəşflər nəticəsində dünya ticarəti yarandı. Ticarət yolları Aralıq dənizindən okeanlara keçdi. Müstəmləkələrlə ticarət Portuqaliya, İngiltərə və Niderlandın limanlarında cəmləşdi.

 Coğrafi kəşflər nəticəsində Avropada əmtəə istehsalı artdı. Bu kəşflər Amerika, Asiya və Afrika xalqları üçün müstəmləkə əsarətinin başlanğıcı oldu.

Hollandiya respublikası XV əsrin ortalarında Niderland Ispaniyanın müstəmləkesi idi: Reyn, Maas və Şelda çayları Niderlandı Fransa və Almaniya ilə birləşdirirdi. Niderland dəniz vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə əlaqə saxlayırdı.  Böyük coğrafi kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi. Antverpen Avropa tarixində dünya ticarətinin birinci mərkəzi oldu 

          

Niderland əhalisi üzərinə çox ağır vergilər qoyulmuşdu. Ölkə tacirlərinə İspaniyanın Amerikadakı müstəmləkələri ilə ticarət qadağan edilmişdi. İspaniyanın İngiltərə ilə düşmənçiliyi ucbatından manufaktura sahibləri zərər çəkirdi. 1566-cı ilin payızında böyük sənaye şəhərlərində katolik kilsəsinə və ispan zülmünə qarşı xalq hərəkatı baş verdi. Bu hərəkat inqilaba çevrildi. Niderlandda burjua* inqilabı başlandı. Meşə geuzenleri və dəniz geuzenleri adlı dəstələr ispanlarla mübarizə aparırdılar 1572-ci ildə oniar Bril limanını tutdular.Bril şimaldakı üsyanın dayağına çevrildi Üsyana başçılıq edən burjuaziya şimalda hakimiyyəti ələ keçirdi. Oranlı Vilhelm şimal əyalətlərinin hakimi elan edildi. İspan əsgərləri 1576-cı ildə zəngin Antverpen şəhəri üzərinə hücuma keçdilər və şəhəri darmadağın etdilər. İspanların Antverpendəki vəhşiliyindən qəzəblənən cənub əyalətlərinin əhalisi də üsyana qoşuldu. 1579-cu ildə bəzi cənub əyalətləri birləşib, İspaniya kralına tabe olmağa razılaşdılar 1579-cu ildə Utrext şəhərində Niderlandın yeddi şimal əyaləti vahid dövlət halında birləşdi. Yeni dövlət Hollandiya Respublikası və ya sadəcə olaraq, Hollandiya adlandı. 1609-cu ildə İspaniya ilə Hollandiya arasında barışıq imzalandı. 1648-ci ildə isə İspaniya bütünlüklə Niderlandın müstəqilliyini tanıdı. Beləliklə, Niderlandda İspaniya ağalığına son qoyuldu. burjua inqilabının qələbəsi Hollandiyada kapitalizmin inkişafına yol açdı.Niderland inqilabı ilk burjua inqilabı idi. Bu inqilab nəticəsində Qərbi Avropa ərazisinin bir hissəsində feodalizm quruluşu dağıldı və dünyada birinci burjua respublikası yarandı.

Similar documents

Konspekt 4cu r-WPS Office

Inci Aliyeva - 166.3 KB

Office Security

Erwin Calicdan - 647.5 KB

Curso Windows Office e Internet

Luz Mar - 226.7 KB

Materi Ajar Integrasi Aplikasi Office

Leo Bahana Batubara - 941.1 KB

Culte du dimanc-WPS Office

Franck-Donald TIE - 184.8 KB

© 2024 VDOCS.RO. Our members: VDOCS.TIPS [GLOBAL] | VDOCS.CZ [CZ] | VDOCS.MX [ES] | VDOCS.PL [PL] | VDOCS.RO [RO]